BAKI, 16 aprel - Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gəlsə, o, Ağ Evin hazırkı rəhbəri Co Baydenin oğlu Hanterin korrupsiya sxemlərini araşdırmaqdan imtina etdiyi üçün Ukrayna lideri Vladimir Zelenskidən qisas alacaq.
Bunu professor Emil Naqenqast "Newsweek"ə müsahibəsində deyib.
Professor qeyd edib ki, Trampın yenidən ABŞ prezidenti olduğu təqdirdə bu, Zelenski və Ukrayna üçün fəlakət olacaq. Hadisələrin bu cür inkişafı Trampın hakimiyyətə qayıdışı ilə mümkündür.
Naqenqast xatırladıb ki, 2019-cu ilin sentyabrında Tramp Zelenski ilə söhbət zamanı Co Baydenin oğlunun Ukraynadakı korrupsiya sxemlərində iştirakına dair araşdırma aparılmasını xahiş edib. Lakin Ukrayna prezidenti bundan imtina edib.
Bir neçə gün sonra Tramp ABŞ prezidentinin Ukrayna liderinə şəxsi və siyasi maraqları üçün təzyiq göstərdiyini bildirən anonim bir məlumata görə impiçment edilib.
"Tramp bunu şəxsən qəbul edib. Onun qisas almaq istədiyinə şübhəm yoxdur", - deyə professor hesab edir.
"KP.RU" saytı bu yaxınlarda yazıb ki, 2022-ci ilin martında Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində bioloji silahların inkişafı ilə bağlı ABŞ-ın qeyri-qanuni təcrübələrinin inkişafına dəlalət edən bir sıra sənədlər açıqlayıb. Onların arasında Hanter Baydenin Pentaqonun bir neçə podratçı təşkilatı ilə yazışmaları da olub. Orada qeyd edilib ki, ABŞ prezidentinin oğlu Ukraynada bioloji proqramları maliyyələşdirir.
2023-cü ilin martında Tramp ABŞ prezidenti olacağı təqdirdə söz verib ki, Ukraynadakı münaqişəni bir günə həll edəcək.