BAKI, 16 aprel - Sputnik. Sudanın paytaxtı Xartumda ordu ilə xüsusi təyinatlılar arasında toqquşmalar davam edir.
Bu barədə Rusiya mediyası "Al Hadath" telekanalına istinadən xəbər verir.
Telekanalın məlumatına görə, şəhərin müəyyən ərazilərində qarşıdurmalar davam edir.
Sudan şəhərində ordu ilə xüsusi təyinatlı qoşunlar arasında silahlı münaqişə nəticəsində həlak olanların sayı 56 nəfərə, yaralananların sayı isə 595 nəfərə çatıb.
Bu məlumat agentlik tərəfindən ölkənin Mərkəzi Həkimlər Komitəsinə istinadən verilir.
Xatırladaq ki, ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə "Çevik Reaksiya Qüvvələri"nin (Xüsusi Təyinatlı Qüvvələr) komandiri Məhəmməd Həmdan Daqalo arasında qarşıdurma şənbə günü, aprelin 15-də səhər saatlarında açıq mərhələyə keçib. Hərbi əməliyyatlar Sudanın paytaxtı Xartumda, həmçinin paytaxt aqlomerasiyasında və ölkənin digər bölgələrində gedir.
Bu yaxınlarda məlum olub ki, Sudan Silahlı Qüvvələri Omdurmandakı "Çevik Reaksiya Qüvvələri"nin qərargahına nəzarəti ələ keçirib.