DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya AES-lərdən istifadəni dayandırıb

Almaniya 2011-ci ildə verilmiş AES-lərdən tədricən imtina barədə qərara ölkədəki son üç atom elektrik stansiyasını elektrik şəbəkəsindən ayırıb.
Sputnik
BAKI, 16 aprel- Sputnik. Almaniyada son üç atom elektrik stansiyası – “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb.
Bu barədə DPA stansiyanın operatoru olan şirkətə istinadən məlumat yayıb.
Gecə saat 00.59 radələrində ən son Baden-Vyurtemberq federal torpağındakı “Nekkarvestheim-2” AES elektrik şəbəkəsindən ayrılıb (APA).
Qeyd edək ki, AES-lərdən tədricən imtina barədə qərar 2011-ci ildə Angela Merkelin Baş nazir olduğu dövrdə Yaponiyada “Fukusima-1” AES-də baş verən qəzadan sonra qəbul edilib. Son AES-in elektrik şəbəkəsindən 1 yanvar 2023-cü ildən ayrılması planlaşdırılsa da, Ukrayna müharibəsi və enerji böhranı ilə bağlı AES-in istismar müddəti aprelin 15-dək uzadılıb.