RUSİYA

ABŞ şirkətləri Rusiyanı tərk etmək istəmirlər

“The Washington Post” qəzetinini yazdığına görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Qərb şirkətlərinin əksəriyyəti Rusiyada qalıb.
Sputnik
BAKI, 16 aprel - Sputnik. Ukrayna münaqişəsinin başlanmasından sonra Rusiyanı tərk etmək vədinə baxmayaraq, Qərb şirkətlərinin əksəriyyəti bu ölkədə qalır və fəaliyyətlərini davam etdirirlər.
Bu barədə “The Washington Post” qəzetində dərc olunan məqaləsində jurnalist Robin Dikson yazıb.
Məqalədə deyilir: "Bəzi müəssisələr hətta rəqibləri getdikcə, daha çox bazar payı ələ keçirdilər".
Müəllif öz müşahidələrinə əsasən qeyd edib ki, İsveçrənin Sankt-Qallen Universitetinin tədqiqatçıları, ötən ilin noyabrına qədər Rusiyada törəmə şirkətləri olan Qərb şirkətlərinin doqquz faizindən də azının ölkəni tərk etdiyini müəyyənləşdiriblər.
"Rusiyada qalan xarici firmalar yerli biznesdən çox asılıdırlar və bu aksiya ilə bağlı maliyyə itkiləri üzündən oranı tərk etmək istəmirlər", - Dikson əlavə edib.