TƏHSİL

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə imtahanı keçirilib

Qabiliyyət üzrə onlayn mərhələnin sınaq imtahanı 30 aprel, əsas imtahan isə 7 may tarixində baş tutacaq.
Sputnik
BAKI, 16 aprel - Sputnik. Bu gün “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə imtahanı keçirilib.
İştirakçıların onlayn formada qatıldıqları imtahanda 7806 nəfər namizəd iştirak edib.
Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. “Ümumi biliklər üzrə imtahanı uğurla başa vuran iştirakçılar qabiliyyət imtahanında iştirak haqqı qazanacaq.
Qabiliyyət üzrə onlayn mərhələnin sınaq imtahanı 30 aprel, əsas imtahan isə 7 may tarixində baş tutacaq. Qabiliyyət imtahanında testlər abstrakt düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığı, verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə aparılacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.