“Heydər Əliyevi Kurqan vilayətində də yaxşı tanıyırlar. 1985-ci ildə o bizim vilayətə gəlmişdi. Mən dəmiryol sahəsinin keçmiş işçisi kimi deyə bilərəm ki, bu səfər çox əhəmiyyətli oldu. Heydər Əliyev bizim Cənubi Ural dəmiryolunun ovaxtkı rəisi Veniamin Slosman ilə görüşdü. Heydər Əliyev əsrin tikintisi adlanan Baykal-Amur Magistralının tikintisinə kuratorluq etdiyinə görə, Kurqan dəmiryolçularının iş təcrübəsindən BAM-da da istifadə edilirdi. Bu gün biz Kurqanda Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. Mən bu əlamətdar tarix münasibətilə bütün azərbaycanlıları təbrik edirəm”, - deyə qurum sıdri bildirib.
“Heydər Əliyev Rusiyanın dostu idi, həmişə mehriban qonşuluq münasibətlərini təbliğ edirdi. Biz indi də cənub qonşularımızla mehriban münasibətlər qurmağa çalışırıq.