RUSİYA

Rusiya, Suriya, İran və Türkiyə XİN başçılarının görüşünün tarixi və yeri razılaşdırılır

Sergey Lavrov bildirib ki, hazırda müzakirənin tarixi, yeri, parametrləri ilə bağlı razılığa gəlirlər
Sputnik
BAKI, 14 aprel — Sputnik. Hazırda Rusiya, Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşünün tarixi, yeri və parametrləri razılaşdırılır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Bəli, biz indi müzakirənin tarixi, yeri, parametrləri ilə bağlı razılığa gəlirik", - Rusiya xarici siyasət idarəsinin rəhbəri Səmərqənddə MDB XİN başçılarının sammitinin yekunlarına dair mətbuat konfransında jurnalistin dördtərəfli görüşlə bağlı sualını cavablandırarkən deyib.
Lavrov qeyd edib ki, Rusiya Federasiyası, İran, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü üçün heç bir ilkin şərt olmamalıdır ( APA).