RUSİYA

Mişustin: RF iqtisadiyyatı pandemiya və misli görünməmiş sanksiyaların öhdəsindən gəldi

Onun sözlərinə görə, ötən il Rusiya iqtisadiyyatında baş verən qaçılmaz tənəzzül mülayim olub.
Sputnik
BAKI, 14 aprel — Sputnik. Rusiya iqtisadiyyatı pandemiyanın və misli görünməmiş sanksiyaların öhdəsindən gələ bilib.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin Rusiya Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin birgə kollegiyalarının iclasında bildirib.
"Son üç il ərzində bir çox operativ, hətta təcili qərarlar qəbul etməli olduq. Əvvəlcə kovid dövründə vətəndaşlara və biznesə dəstək olduq, daha sonra isə ölkəmizin iqtisadiyyatını və sakinlərini Qərbin misli görünməmiş sanksiya təzyiqlərinin nəticələrinə uyğunlaşdırmalı olduq. Bir çox ekspertlərin fikrincə, biz əsas problemlərin öhdəsindən gələ bildik", - deyə Mişustin qeyd edib.
Onun sözlərinə görə, ötən il Rusiya iqtisadiyyatında baş verən qaçılmaz tənəzzül mülayim olub.
"İlin ikinci yarısından başlayaraq biz iqtisadiyyatı tədricən artım trayektoriyasına qaytara bildik", - deyə nazir əlavə edib.
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu (BVF) bu il Rusiyanın ÜDM artımı ilə bağlı proqnozunu 0,7%-ə qədər yaxşılaşdırıb.