BAKI, 14 aprel — Sputnik. Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynadakı münaqişə bitdikdən sonra Moskvaya qaytarılmalı olduğu qənaətinə gəlib.
Almaniyanın "Die Welt" qəzeti bu barədə yazıb.
Qeyd olunur ki, hüquqi baxımdan Rusiya Mərkəzi Bankının aktivləri elə-belə, sadəcə olaraq Kiyevə verilə bilməz. Hüquqi maneələr çox yüksəkdir, ona görə də Avropa Komissiyası ehtiyatlara toxunmamaq qərarına gəlib.
"Çünki bir gün, müharibə başa çatdıqdan sonra, onlar Rusiyaya qaytarılmalı olacaqlar", - deyə qəzet qeyd edib.
Aktivlərin Avropa dövlət istiqrazlarına yatırılması, faizlərin isə Kiyevə ödənişlər üçün istifadə edilməsi təklif edilir. Gəlir ildə 2,6%-ə qədər ola bilər.
Bundan əvvəl Rusiyada Kiyevin Rusiya bankının aktivlərini mənimsəməsi səbəbindən dələduzluq cinayət işi açılmışdı.