SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və Rusiya XİN rəhbərləri Səmərqənddə görüşüblər

Nazirlər arasında aparılan danışıqların təfərrüatları hələlik açıqlanmayıb
Sputnik
BAKI, 14 aprel — Sputnik. Özbəkistanın Səmərqənd şəhərində Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü baş tutub.
Bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ikitərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı ayrıca təşkil olunub.
Nazirlər arasında aparılan danışıqların təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, bu gün Səmərqənddə MDB Xarici İşlər Nazirlərinin əvvəlcə məhdud, sonra isə geniş tərkibdə iclası keçirilib. İclasın gündəliyinə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə 10-a yaxın məsələ daxil edilib.
Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar (APA).