BAKI, 14 aprel — Sputnik. Audiovizual Şuraya üzvlər təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xəlilov Aslan Xası oğlu və Məmmədov İsa Rəhman oğlu Audiovizual Şuranın üzvləri təyin edilib.
Qeyd edək ki, Şura sədr də daxil olmaqla 7 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.