BAKI, 14 aprel - Sputnik. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Adil Kərimli Azərbaycanın mədəniyyət naziri təyin edilib.
Qeyd edək ki, bu gün Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.