DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova: Zelenski ukraynalılar haqqında məlumatları "Amazon"a ötürməklə onları satıb

Kiyev "Amazon"a 10 milyon giqabaytdan çox məlumat ötürüb.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski bütün dövlət məlumatlarını saxlanmaq üçün Amerikanın "Amazon" korporasiyasına ötürərək Ukrayna vətəndaşlarını satıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
Diplomatın sözlərinə görə, Kiyev "Amazon"a 10 milyon giqabaytdan çox məlumat ötürüb. Zaxarova əmindir ki, Amerika korporasiyası Ukrayna sakinləri ilə bağlı bütün şəxsi və digər məlumatlarla təmin edilib.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, "Amazon"da distant təhsil proqramlarından biri vasitəsilə təhsil alan yüz minlərlə ukraynalı uşağın məlumatları da var.
"Beləliklə, Zelenski Ukrayna vətəndaşlarını satdı, həm də necə", - deyə Zaxarova sözünü yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl "Twitter" istifadəçiləri dünya liderlərini Rusiyanın aktivlərini müsadirə etməyə və Ukraynanı yenidən qurmaq üçün istifadə etməyə çağıran Vladimir Zelenskini tənqid ediblər.