BAKI, 13 aprel - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Teymur Kərimli və Sərxan Xavərinin namizədlikləri irəli sürülüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov və Əzim Talıbovun namizədlikləri irəli sürülüb.
Mətbuat Şurası Azər Həsrət və Aqil Ələsgərin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.