BAKI, 13 aprel — Sputnik. Yetkin yaşına çatmış amerikalıların böyük əksəriyyəti (83%) Çin haqqında mənfi fikirdədirlər, bu ölkəyə qarşı son dərəcə pis münasibət isə (44%) ötən illə müqayisədə 4% artıb.
Bunu "Pew Research Center" tədqiqat mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Hər on amerikalıdan dördü Çini rəqib və ya tərəfdaş deyil, ABŞ-ın düşməni kimi adlandırıblar. Bu, ötən illə müqayisədə 13 bənd çoxdur.
Tədqiqatda qeyd edilir ki, amerikalılar ümumiyyətlə Çinin dünyadaki rolundan narahatdırlar. Məsələn, Çin Prezidenti Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya son səfərindən sonra amerikalıların 62%-i Çin-Rusiya tərəfdaşlığını ABŞ üçün çox ciddi problem hesab etməyə başlayıblar.
Çin və Tayvan arasındakı gərginliklə bağlı narahatlıqlar amerikalılar arasında da artmaqdadır: Tayvan Prezidenti Tsay İnven ABŞ-a səfər etməmişdən əvvəl 47% onları çox ciddi problem kimi qeyd edib ki, bu da iki il əvvəlkindən 19 bənd çoxdur. Çinin insan hüquqları ilə bağlı siyasəti də amerikalıların təxminən yarısını narahat edir.
Çinin artan texnoloji gücü bir çox amerikalıları digər məsələlərə nisbətən daha az narahat edir, baxmayaraq ki, on nəfərdən dördü bunun çox ciddi problem olduğunu deyir.
Bu yaxınlarda məlum olub ki, sorğunun nəticələrinə görə, polyakların 82%-i rusiyalılara qarşı düşmənçilik münasibəti bəsləyirlər.
Avropa Şurasının sorğusuna əsasən, Avropa ölkələrinin sakinləri əsasən Rusiyanı öz dövlətlərinin "düşməni" və ya "rəqibi" kimi hesab edirlər. Bu fikrlə on Avropa dövlətinin vətəndaşlarının 66%-i razılaşıb.