RUSİYA

Patruşev: Xarici QHT-lər Qafqazda separatizmi qızışdırmaq üçün miqrantlardan istifadə edir

Bu yaxınlarda Dövlət Dumasının konstitusiya komitəsi təxribat və terrorizmə görə cinayət məsuliyyətinin sərtləşdirilməsinə dair düzəlişləri təsdiqləyib.
Sputnik
BAKI, 13 aprel — Sputnik. Xarici qeyri-hökumət təşkilatları Şimali Qafqazda millətçilik və separatizmi qızışdırmaq üçün əcnəbi əmək miqrantlarından istifadə edirlər.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
"Ciddi təhlükə yaradan amil ictimai və dini birliklərdən, milli diasporalardan, əcnəbi əmək miqrantlarından millətçi və separatçı əhval-ruhiyyə aşılamaq, dini və sosial ədavəti qızışdırmaq üçün istifadə etməyə çalışan xarici qeyri-hökumət təşkilatlarının fəaliyyətidir", - deyə Patruşev qeyd edib.
Bu yaxınlarda Dövlət Dumasının konstitusiya komitəsi təxribat və terrorizmə görə cinayət məsuliyyətinin sərtləşdirilməsinə dair düzəlişləri təsdiqləyib.
Ötən ilin fevral ayından etibarən Rusiyada 118 terror cinayətinin qarşısı alınıb.