BAKI, 13 aprel — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu cüzi azaldıb.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd olunur.
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 48 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 7 min barel azdır.
Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi fevral ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 4 min barel azdır.