HADİSƏ

Cəlilabaddakı ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 13 aprel - Sputnik. Cəlilabadda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un məlumatına görə, hadisə nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Paşa Əyyub oğlu ölüb, onun həmkəndlisi 1991-ci il təvəllüdlü Sadıqov Məzahir Vaqif oğlu isə ağır xəsarətlər alıb.
Daha bir şəxs rayonun Sərxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Nəsirov Fərhad Ümidəli oğlu da xəsarət alıb.
Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "VAZ-2107" markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.