BAKI, 13 aprel — Sputnik. ABŞ-da məxfi sənədlərin sızması səbəbindən genişmiqyaslı araşdırma aparılır.
Bunu ABŞ Prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib.
Prezidentin sözlərinə görə, hazırda istintaq kəşfiyyat və Ədliyyə Nazirliyinin xətti ilə araşdırma aparılır.
Bayden həmçinin Pentaqonun materiallarının sızmasından da narahatlığını qeyd edib.
Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna böhranı ilə bağlı Pentaqondan sənədlərin sızdırılması ilə əlaqədar cinayət təhqiqatına başlandığını və onun mənbəyini tapmaqda qətiyyətli olduğunu bildirib.
Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı internetdə "gizli" sənədlər peyda olub. Bu sənədlərdə Vaşinqtonun Hind-Çin, Yaxın Şərqdəki fəaliyyəti, eləcə də Çinlə rəqabəti haqqında məlumatlar olub. Orada Qərb ölkələrinin Ukraynaya hərbi yardımı, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada döyüşdüyünə dair məlumatlar da əksini tapıb.