RUSİYA

Zaxarova Pentaqonun materiallarının sızmasını ABŞ-da keçiriləcək seçkilərlə əlaqələndirib

Amerikanın siyasi həyatında da bəlkə də çox qısa olmasa da, açıq-aydın ecazkar bir zaman kəsiyi var. Buna "seçki" deyilir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Pentaqonun Ukraynaya hərbi yardımla bağlı məxfi məlumatlarının sızması 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə çərşənbə günü "Sputnik" radiosunun efirində bildirib.
"Tyutçevin çox məşhur bir şeiri var: "İlk payızda qısa, lakin ecazkar bir zaman kəsiyi var". Amerikanın siyasi həyatında da bəlkə də çox qısa olmasa da, açıq-aydın ecazkar bir zaman var. Buna "seçki" deyilir. Həmin vaxt heç bir məhdudiyyət olmadan istədiyinə heyran olmaq mümkündür. Orada belə şeylər olacaq, əvvəllər də olub. Nələr olmayıb ki...", – deyə diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, ABŞ-da seçkiqabağı mövsümdə tez-tez "möcüzəli şeylər", o cümlədən qeyri-adi və izaholunmaz hallar baş verir.
Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Pentaqonun sızdırılmış məxfi məlumatlarının saxta və ya ölkəmizi çaşdırmaq üçün xüsusi təşkil olunmuş variant ola biləcəyini istisna etməyib.