RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna ordusu Donetsk istiqamətində bir gündə 245 döyüşçüsünü itirib - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi həmçinin bildirir ki, "Vaqner" hücum dəstələri Artyomovsk şəhərinin üç məhəlləsini də ələ keçiriblər.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Son sutka ərzində Donetsk istiqamətində xüsusi hərbi əməliyyatlar (XHƏ) zamanı Ukrayna Silahlı Qüvvələri (USQ) 245 döyüşçüsünü itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Bundan əlavə, Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus bir tank, bir zirehli transportyor, iki zirehli maşın, iki D-20 haubitsa və üç "Qrad" reaktiv yaylım atəş sisteminin (RYAS) buraxılış qurğularını, habelə 11 avtomobili məhv edib.
Nazirliyin məlumatına görə, Rusiya qoşunlarının "Cənub" qrupunun əməliyyat-taktiki aviasiyası və artilleriyası Çasov Yar və Boqdanovkadan Artyomovska (Baxmut) keçməyə çalışan düşmənin ehtiyatlarına, həmçinin Donetskin Konstantinovka bölgəsində USQ-nin 28-ci mexanikləşdirilmiş briqadasının bölmələrinə zərbələr endiriblər.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirir ki, "Vaqner" hücum dəstələri Artyomovsk şəhərinin üç məhəlləsini də ələ keçiriblər.
Rusiya Hərbi Hava Qüvvələrinin bölmələri hücum dəstələrinin cinahlarında USQ-nin hərəkətlərini məhdudlaşdırıb. Son 24 saat ərzində Rusiya aviasiyası bu rayonlara səkkiz uçuş həyata keçirib, raket qüvvələri və artilleriya 52 atəş tapşırığını yerinə yetirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.