RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"The Hill": Məxfi məlumatların sızması USQ-nin əks-hücumunu təhdid edir

ABŞ kəşfiyyat mənbələri də Pentaqonla əməkdaşlıqdan imtina edə bilər
Sputnik
BAKI, 12 aprel — Sputnik. Bu yaxınlarda Pentaqonun məxfi sənədlərinin sızması ABŞ kəşfiyyatının keyfiyyətinə ciddi zərbə vura bilər.
Bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker "The Hill"ə verdiyi müsahibədə bildirib.
Ekspertin fikrincə, bu fakt Vaşinqtondakı mənbələri ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etməyə sövq edə bilər.
"Bu, məlumatlarımızın keyfiyyətinə, onları haradan əldə etdiyimizə dair bəzi ipucları verə bilər, hansı ki, müraciət etdiyimiz insanları əməkdaşlığı dayandırmağa məcbur edəcəkdir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, məxfi sənədlərinin sızmasında Ukrayna da əziyyət çəkəcək. Gizli sənədlərdə Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı ona qarşı istifadə oluna biləcək çoxlu məlumatlar var.
Xatırladaq ki, "The War Zone" nəşri həmçinin qeyd edib ki, Ukrayna ordusunun vəziyyəti ilə bağlı Pentaqonun məxfi məlumatlarının sızması xüsusi hərbi əməliyyat zonasında Rusiya kəşfiyyatı üçün böyük imkanlar açır. Hərbi ekspertlərin fikrincə, USQ-nin zərbə qruplaşmalarının vəziyyətinə əsasən, Kiyevin yaza planlaşdırılan əks-hücumunun mümkün istiqamətlərini qiymətləndirmək olar.