Latviyada “Rossiya seqodnya” xəbər agentliyi ilə əməkdaşlıq edən rusdilli jurnalistləri mühakimə etməyə hazırlaşırlar. Onlara qarşı iş media qrupunun sanksiyalar paketinə daxil edilməsindən 2 il əvvəl açılıb.
Jurnalistlər Aİ sanksiyalarını pozmaqda ittiham olunurlar, mövcud qanunlara görə onları 4 ilə qədər həbs cəzası gözləyir.
İki il əvvəl Sputnik artıq həmin vaxt təqib olunan və repressiya ilə hədələnən həmkarları haqqında film çəkib.
Bu gün iş daha ciddi istiqamət alır və müttəhimlər kürsüsündə 14 nəfər öz taleyi ilə bağlı qərar gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.