RUSİYA

Taxıl sazişinin uzadılması perspektivləri "o qədər də yaxşı deyil" - Peskov

Kremlin rəsmi nümayəndəsi bildirib ki, taxıl sazişinin yeni variantının bir hissəsi işləmir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sazişinin yeni uzadılması ehtimalını şərh edərək qeyd edib ki, sazişin bir hissəsi işləmir, onun perspektivləri isə o qədər də yaxşı deyil. Bu barədə Rusiya mediası məlumat verib.

"Sazişin ikinci yarısı hələ də işləmir, bu şərtlər yerinə yetirilmir. Heç bir saziş "bir ayaq üstə dura bilməz, iki ayağın üstündə durmalıdır". Bu baxımdan, təbii ki, mövcud vəziyyətə görə, perspektivlər o qədər də yaxşı deyil", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Peskov eyni zamanda onu da qeyd edib ki, BMT taxıl sazişinin həyata keçirilməsi üçün müəyyən səylər göstərir, lakin təşkilat buna nail olmur.
Xatırladaq ki, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın taxıl sazişini 60 gün uzatmaq qərarına gələrək "kiçik gərginliyə" getdiyini bildirib.
Ancaq sonra Rusiya bu sazişin ümumiyyətlə lazım olub-olmadığını düşünəcək. Eyni zamanda nazir qeyd edib ki, ehtiyacı olan ölkələrə ərzaq ixracı taxıl sazişi çərçivəsindən kənarda belə zərər görməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.