MƏDƏNİYYƏT

Tarantino rejissor kimi son filmi üzərində çalışır

Kinorejissor bildirib ki, ailəsi ilə daha çox vaxt keçirmək istəyir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Amerikalı kinorejissor Kventin Tarantino rejissor kimi son filmi üzərində işlədiyini etiraf edib.
Bu barədə o, çərşənbə axşamı İspaniyanın "Vanguardia" qəzetinə müsahibəsində bildirib.
Rejissorluq etdiyi "Film-kritik"in (The Movie Critic) həqiqətən də son film olub-olmayacağı ilə bağlı suala Tarantino belə cavab verib: "Bəli, sadəcə olaraq, daha çox film çəkmək üçün motivasiyam yoxdur. Bu gün kino nə deməkdir? Bu televizorda gördüyünüzdürmü? Kino ekranında gördüklərinizmidir? Və bu kinoteatrlarda nə qədər davam edir? İki həftə? Sonra bu birbaşa platformalarda yayımlanır?" – deyə rejissor əlavə edib.
"Film-kritik" ilə bunun baş verəcəyini düşünmürəm, amma bu baş verə də bilər. Və belə hal mənim xoşuma gəlmir", - deyə o, bildirib.
Tarantino "Netflix" üçün "İyrənc səkkizlik" (The Hateful Eight) seriyası şəklində genişləndirilmiş versiyanı hazırladığını qeyd edib. Rejissor həmçinin əlavə edib ki, o, "seriala çevrilə biləcək" "TV üçün başqa bir şey, bir növ şou" proqramı hazırlamağı planlaşdırır.
"Ancaq bunun, filmlə heç bir aidiyyatı yoxdur", - deyən rejissor "Həm də mən ailəmlə daha çox vaxt keçirmək istəyirəm", - deyərək bildirib.
Tarantinoya şöhrət 1994-cü ildə rejissorluq etdiyi və ssenari müəllifi olduğu "Kriminal qiraət" (Pulp Fiction) filminin nümayişindən sonra gəlib. Büdcəsi 8 milyon dollar olan və 100 milyon dollar gəlir gətirən film Kann kinofestivalında baş mükafata, orijinal ssenariyə görə "Oskar" və bir sıra digər film mükafatlarına layiq görülüb. Tarantino, həmçinin "Azad edilmiş Canqo" (Django Unchained, 2012) filmindəki rəsm işinə görə "Oskar" mükafatını qazanıb.
Tarantinonun əsərləri arasında "Quduz itlər" (Reservoir Dogs 1992), "Ceki Braun" (Jackie Brown, 1997), "Bir Zamanlar... Hollivudda" (Once Upon a Time in... Hollywood, 2019) və s. filmlər də var.