RUSİYA

Rusiya Ukrayna biolaboratoriyalarında aşkar edilmiş xəstəliklərin patogenlərini araşdırır

Rusiya Federasiya Şurası amerikalıların Ukraynada biolaboratoriyaların yaradılması ilə bağlı halların araşdırılması üzrə parlament komissiyasının yekun hesabatını nəzərdən keçirir.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynanın bioloji laboratoriyalarında aşkar edilmiş 240 müxtəlif təhlükəli xəstəliklərin müxtəlif patogenləri, o cümlədən qarayara və vəba xəstəliyini tədqiq edir.
TASS xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin (RSQ) radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov Federasiya Şurasının plenar iclasında bildirib.

"Biz həqiqətən dörd laboratoriyada çalışmışıq. Aşkar etdiyimiz laboratoriyalarda müxtəlif növ 240-a yaxın fərqli patogen maddə müəyyən edilib. Biz onları öyrənirik və araşdırmağa davam edirik. Onların əksəriyyəti qarayara, vəba xəstəliyinə aiddir", - deyə Kirillov bildirib.

O qeyd edib ki, Rusiyada belə təhlükəli xəstəliklərə qarşı peyvənd və dərman preparatları mövcuddur.
"Biz bu istiqamətdə Səhiyyə Nazirliyi və Rospotrebnadzor ilə əməkdaşlıq edirik və bu işi davam etdiririk", - deyə Kirillov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.