DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb ÇXR-in Ukrayna məsələsi ilə bağlı fikirlərinə hörmət etməlidir

Jurnalistin qənaətinə görə, Ukrayna münaqişəsi məsələsində Qərb dövlətləri yenə də özlərini elə apardılar ki, sanki yalnız öz fikirləri doğrudur.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Qərb Ukraynadakı vəziyyəti müzakirə edərkən digər ölkələrin, o cümlədən Çinin fikirlərinə hörmətlə yanaşmağı öyrənməlidir. Bu barədə "Xuantsyu şibao" qəzetinin köşə yazarı Çjao Tszandunun dərc olunmuş materialınd deyilir.
"Bu, Ukrayna münaqişəsinin həllinə töhfə verəcək", - deyə "Xuantsyu şibao" qəzeti yazır.
Nəşrin köşə yazarı Çjao Tszandunun sözlərinə görə, uzun illər ərzində Qərb digər ölkələrə "dərs keçməyə" öyrəşib ki, bu da onların narazılığına səbəb olub. Ukrayna münaqişəsi məsələsində Qərb dövlətləri yenə də özlərini elə apardılar ki, sanki yalnız öz fikirləri doğrudur.

"Bu insanlar təcili olaraq "qarşılıqlı hörmət" dərsini almalıdırlar, Ukrayna məsələsinin tarixi genişliyinə və uzunluğuna əsaslanaraq Çinin müstəqil fikrinə hörmət etməlidirlər", - deyə məqalədə vurğulanıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.