MƏDƏNİYYƏT

Muğam Müsabiqəsinin vaxtı açıqlanıb

Yarışmanın I turu - 24-25 aprel, II turu - 26-27 apreldə olacaq. Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək. Yekun konsert 30 apreldə planlaşdırılıb.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Milli Muğam Müsabiqəsinə qeydiyyat başa çatıb. Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb. Qeyd olunub ki, martın 1-dən aprelin 10-dək aparılan qeydiyyatda yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək.
Yarışmanın I turu - 24-25 aprel, II turu - 26-27 apreldə olacaq. Xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər aprelin 27-də müəyyənləşəcək. Yekun konsert 30 aprelə planlaşdırılıb.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi "Muğam aləmi" 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq. Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi "Muğam aləmi" VI Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, sözügedən müsabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Həmin müsabiqədə tamaşaçıların və münsiflər heyətinin səsverməsinin yekununa görə Təyyar Bayramov 1-ci, İlkin Əhmədov 2-ci, Babək Niftəliyev 3-cü yerə layiq görülmüşdülər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.