DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask: "Twitter"də kütləvi ixtisarlar şirkətin iflasa uğramaması üçün lazım olub

Mask həmçinin "Twitter"dən ayrılmaq istədiyini də bildirib. Milyarderin sözlərinə görə, onun "Twitter"də rəhbər vəzifəsindən azad olunma vaxtı çox güman ki, 2023-cü ildə baş tutacaq.
Sputnik
BAKI, 12 aprel — Sputnik. "Twitter" sosial şəbəkəsinin sahibi İlon Mask iflasın qarşısını almaq üçün şirkətdən kütləvi şəkildə işdən çıxarılmaların lazım olduğunu bildirib. Bu barədə o, "BBC"yə müsahibəsində bildirib.

"Problem ondadır ki, biz xərcləri dərhal azaltmasaq, şirkət iflas olacaq. Bu qayğı və ya laqeydlik deyil. Əgər bütün gəmi batsa, o zaman hamı işsiz qalacaq", – deyə Mask qeyd edib.

Yanvarın 19-da "Business Insider" aparıcı xəbər portalı qeyd edib ki, milyarder şirkəti satın aldıqdan sonra (Forbes-in məlumatına görə 150,1 milyard dollar) "Twitter"də əvvəldən işləyən 7500 işçidən 5200-nü işdən çıxarıb.
Mənbələr yaxın gələcəkdə daha 50 işçinin ixtisar ediləcəyini proqnozlaşdırıb. Gələcəkdə sahibkarın işçi heyətini 2000 nəfərə qədər azaltmaq niyyətində olduğu gözlənilir.
Twitter
Mask həmçinin "Twitter"dən ayrılmaq istədiyini də bildirib. Milyarderin sözlərinə görə, onun "Twitter"də rəhbər vəzifəsindən azad olunma vaxtı çox güman ki, 2023-cü ildə baş tutacaq.
Mask 2022-ci ilin oktyabrında vəzifəyə gəldikdən sonra "Twitter" rəhbəri vəzifəsindən getməyi istədiyini və hətta bunu ən qısa zamanda etməyi planlaşdırdığını iddia edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.