BAKI, 12 aprel — Sputnik. Ermənistan Baş prokurorunun müavini Anahit Manasyan ölkənin ombudsmanı seçilib.
Bu barədə Sputnik Armenia məlumat yayıb.
Qeyd edilib ki, onun namizədliyinin lehinə 69 deputat səs verib.
Xatırladaq ki, Anahit Manasyanın namizədliyi hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən irəli sürülüb.