DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan parlamenti deputata cinayət işinin başlanması ilə bağlı müraciəti dəstəkləyib

Martın 31-də Ermənistan parlamentinin binasında iclasdan əvvəl müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident baş verib.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Ermənistan parlamenti Baş prokurorun müxalif deputat Mher Saakyana qarşı cinayət işinin başlanması ilə bağlı müraciətini dəstəkləyib.
Bu barədə Sputnik Armenia məlumat yayıb.
65 deputat prokurorun müraciətinin lehinə səs verib. Deputatın toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi müzakirə olunmayıb.
Ermənistan Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, bunun üçün yeni vəsatətin müzakirəsi və qəbulu tələb olunur.
Xatırladaq ki, martın 31-də Ermənistan parlamentinin binasında iclasdan əvvəl müxalifət nümayəndəsi Mher Saakyan ilə deputat Vladimir Vardanyan arasında insident baş vermişdi.