CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv komissiyası daha 100 müraciəti nəzərdən keçirib

İndiyədək komissiyada ümumilikdə 1500-dən çox müraciətə baxıldığı bildirilir.
Sputnik
BAKI, 12 aprel - Sputnik. Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.
Komissiyanın növbəti iclası aprelin 19-na təyin edilib.
Qeyd edək ki, komissiyada indiyədək ümumilikdə 1500-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının imzalanacağı gözlənilir. Bunu ilin əvvəlində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, artıq Əfv Komissiyasının üç iclası keçirilib:

"360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək".

Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ilin mayın 27-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalamışdı.
Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.