BAKI, 11 aprel — Sputnik. Ümumiyyətlə, Rusiyada baytarlıq peyvəndlərinin çatışmazlığı yoxdur, lakin ayrı-ayrı dərmanlara gəldikdə, xarici şirkətlər süni şəkildə qıtlıq yaradıblar.
RİA Novosti "Rosselxoznadzor"un məlumatına istinadən xəbər verib.
""Rosselxoznadzor" Rusiyada baytarlıq peyvəndlərinin çatışmazlığını təkzib edir", - RİA Novosti xəbər verir.
İdarədən bildirilib ki, 2022-ci ildə kənd təsərrüfatı sektoru üçün canlı peyvəndlərin daxili istehsalı 88%, it və pişiklər üçün peyvəndlərin istehsalı 18% artıb.
"Rosselxoznadzor" qeyd edib ki, Rusiya istehsalçıları dövlətin dəstəyi ilə kənd təsərrüfatı və ev heyvanları üçün peyvənd və dərmanların istehsalını hər il artırırlar.
Bu yaxınlarda məlum olub ki, Rusiya hökuməti baytarlıq dərman preparatlarının alınması üçün əlavə 1 milyard rubl ayıracaq.