BAKI, 11 aprel — Sputnik. Rusiya 2029-cu ildə Veneraya kosmik stansiya buraxmaq niyyətindədir. Missiyanın məqsədlərindən biri qonşu planetin sıx buludlarında həyatın axtarışı olacaq.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) aparıcı elmi işçisi Natan Eysmont bu barədə bildirib.
Buraxılış "Venera-D" layihəsi çərçivəsində həyata keçiriləcək. S.A.Lavoçkin adına Elmi-İstehsalat Birliyi (EİB) 2023-cü ilin sonuna kimi planetlərarası nəqliyyat vasitəsinin ilkin layihələndirilməsinə başlamağı planlaşdırır. O, tamamilə yerli komponentlərdən ibarət ola bilər.
Daha əvvəl ilkin layihənin mərhələsi başa çatıb. Bu müddət ərzində mütəxəssislər bu layihənin həyata keçirilməsinin texniki imkanlarını ilkin nəzərdən keçiriblər.
Plana əsasən, missiya zamanı Veneranın səthinə torpaq nümunələri götürəcək bir desant göndəriləcək. Modulun təxmini xidmət müddəti, təxminən bir gündür.
Natan Eysmont rusiyalı kosmonavtların 7-10 ildən sonra Aya gedə biləcəklərini də proqnozlaşdırıb. Hazırda Rusiya 2023-cü ilin iyulunda baş tutacaq "Luna-25" planetlərarası stansiyanın buraxılışına hazırlaşır.