CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə sədri deputatları əməkhaqlarının bir hissəsini "YAŞAT" Fonduna köçürməyə çağırıb

Qənirə Paşayeva “YAŞAT" Fondunda vəsaitin çatışmadığını söyləyib. O inanır ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini "YAŞAT" Fonduna bağışlayaraq nümunə göstərəcək.
Sputnik
BAKI, 11 aprel - Sputnik. "“YAŞAT" Fondunda vəsait çatışmır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva deputat həmkarlarını "YAŞAT" Fonduna vəsait köçürməyə çağırıb:

“Bu ay əməkhaqqımızın bir hissəsini "YAŞAT" Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini "YAŞAT" Fonduna bağışlayaraq nümunə göstərəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə "YAŞAT" Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, "YAŞAT" Fondu ilə əlaqə saxlayarıq”.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.