MƏDƏNİYYƏT

"Dünyəvi və səmavi" uşaq yaradıcılığı müsabiqəsi elan olunub

Müsabiqədə ümumtəhsil məktəbləri, liseylər, bədii məktəblər və studiyaların şagirdləri, Azərbaycanın məktəbəqədər və digər uşaq müəssisələrində tərbiyə alan uşaqlar iştirak edə bilər.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası və "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi - Bakıdakı Rus Evi ənənəvi "Dünyəvi və səmavi" uşaq yaradıcılığı müsabiqəsi təşkil edirlər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin iştirakçılarına gündəlik həyatda onları əhatə edən hər şeyi - ailəni, dostları, doğma evi və şəhəri, müxtəlif təzahürlərində təbiəti rəsmlərində və təsviri sənətin digər növlərində əks etdirmək təklif olunur.
Təqdim olunan əsərlərin mövzusu Müqəddəs Yazılardan və Müqəddəs Ənənədən süjetlər ola bilər. Uşaqlar tanrının yaratdığı dünyaya baxışlarını kağıza köçürərək ətrafdakı gözəllikləri görməyi, deməli öz torpağını, Vətənini sevməyi öyrənirlər.
Bu il müsabiqənin əsas mövzuları: "Müqəddəs Kiril və Mefodi", "İncil süjeti", "Sevimli məbəd", "Slavyan nağıllarının qəhrəmanları", "Azərbaycan mənim doğma yurdumdur" (Heydər Əliyevin 100 illiyinə), "Sankt-Peterburq Rusiyanın mədəniyyət paytaxtıdır" (qurulmasının 320 illiyi).
Müsabiqədə ümumtəhsil məktəbləri, liseylər, bədii məktəblər və studiyaların şagirdləri, Azərbaycanın məktəbəqədər və digər uşaq müəssisələrində tərbiyə alan uşaqlar iştirak edə bilər.
Müsabiqə iştirakçılarının işləri 2023-cü il may ayının 10-dək Bakıdakı Rus Evində qəbul olunur. Ünvan Bakı ş., Ü.Hacıbəyli küç., 77b, 1178, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi.
Ətraflı məlumat "Dünyəvi və səmavi" uşaq yaradıcılığı müsabiqəsi haqqında Əsasnamədə" əldə oluna bilər https://disk.yandex.ru/i/zyiKDDvwLDXc1A .
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.