BAKI, 11 aprel — Sputnik. Dünyanın milli valyutalarda hesablaşmalara keçməsi üçün təxminən 10 il vaxt lazımdır.
Bunu Rusiya Maliyyə Nazirliyinin keçmiş rəhbəri, iqtisadçı Mixail Zadornov "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Region valyutalarında hesablaşmaların mərhələli inkişafı prosesi davam edir. Postsovet məkanında bu proses ən fəal şəkildə gedir. Qlobal nöqteyi-nəzərdən isə bu, kifayət qədər uzun çəkəcək", - deyə Zadornov bildirib.
Onun sözlərinə görə, maneələrin tədricən yaranması səbəbindən qlobal maliyyə sistemi dağılacaq, lakin hələlik beynəlxalq ticarət hesablaşmalarında dollar əsas valyuta olaraq qalır – bu isə, dövriyyənin, təxminən 60%-ni təşkil edir.