BAKI, 10 aprel — Sputnik. Co Baydenin rəhbərlik etdiyi Ağ Evin siyasəti tezliklə ABŞ-ı üçüncü dünya müharibəsinə aparacaq.
Bu barədə ABŞ-ın sabiq Prezidenti Donald Tramp sosial şəbəkələrdə yazıb.
"ABŞ-ın getdiyi yol, bizi tezliklə Üçüncü Dünya Müharibəsinə sürükləyəcək və bizi silah-sursatsız qoyacaq", - deyə ölkənin keçmiş lideri deyib.
Tramp həmçinin bildirib ki, ABŞ-ın hər hansı problemini həll etmək üçün "Baydendən qurtulmaq" lazımdır.
Bu yaxınlarda ABŞ-ın sabiq prezidenti "Truth Social" sosial şəbəkəsindəki hesabında nə demək istədiyini açıqlamadan " Üçüncü Dünya Müharibəsini" elan edib.
Bundan əvvəl Tramp qlobal müharibənin başlaması təhlükəsi səbəbindən Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə qarşı çıxıb.