RUSİYA

Rusiyada Twitterə qoyulan məhdudiyyət götürülə bilər - Mizulina

Twitter Kreml, Rusiya XİN, Müdafiə Nazirliyi və digər nazirliklərinin akkauntlarını blokdan çıxarıb.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Rusiyada Twitter sosial şəbəkəsinə qoyulan qadağa götürülə bilər.
Rusiya Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bu sosial şəbəkənin blokdan çıxarılması təşəbbüsünü dəstəkləyib. Həmin təklif Dövlət Dumasından gəlib.
Y.Mizulina hesab edir ki, İlon Mask Twitter sosial şəbəkəsini alandan sonra burada qadağan edilmiş kontentin yayılması ilə bağlı siyasət dəyişib, Rusiya rəsmilərinə qarşı senzura aradan qaldırılıb.
Bundan əvvəl Rusiyanın Dövlət Dumasında "Twitter"dən bloklamanın aradan qaldırılması imkanlarına baxmaq təklif edilib.
Təklif Dumanın İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin tərəfindən edilib.
Qorelkinin fikrincə, Rusiya tərəfi bu addımı ona görə ata bilər ki, mikrobloqlar şəbəkəsi yenidən axtarışda Rusiya departamentlərinin və səfirliklərinin hesablarını verməyə başlayıb.
"O ki qaldı dövlət qurumlarından məhdudiyyətlərin götürülməsinə, onların bir çoxu hesablarını yenidən açmağa tələsmir, xüsusən də "Twitter" Rusiyada rəsmi olaraq bloklandığı səbəbindən. Amma düşünürəm ki, yeni rəhbərliyin yeni siyasətini nəzərə alaraq bu tədbirə yenidən baxmağın vaxtı çatıb", - deyə o, özünün "Telegram" səhifəsində yazıb.
Deputatın qeyd etdiyi kimi, "Twitter" neytrallığa köklənərsə, Rusiya tərəfi onunla dialoqu bərpa edə və milli qanunvericilik çərçivəsində işləyə bilər.
Qeyd edək ki, ötən həftədən Twitter Kreml, Rusiya XİN, Müdafiə Nazirliyi və digər nazirliklərinin akkauntlarını blokdan çıxarıb.
RUSİYA
RF Dövlət Dumasında Rusiyada "Twitter"in blokdan çıxarılması təklif edilib