RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Bir gündə Donetsk istiqamətində Ukrayna SQ-nın 290-dan çox döyüşçü məhv edilib

Rusiya Müdafiə Nazirliyi ümumilikdə Ukrayna ordusunun bütün istiqamətlərdən 530-a qədər hərbçini itirdiyini açıqlayıb.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Rusiya Müdafiə Nazirliyi Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) gedişatı ilə bağlı yeni gündəlik hesabatında gün ərzində Donetsk istiqamətində Ukrayna ordusunun 290-dan çox döyüşçünün məhv edildiyini açıqlayıb.
Bu barədə Rusiya mediası xəbər verib.
"Donetsk istiqamətində bölmələrin aktiv hərəkətləri, “Cənub” qoşun qruplaşmasının əməliyyat-taktiki aviasiya zərbələri və artilleriya atəşi nəticəsində son bir gündə 290-dan çox ukraynalı hərbçi məhv edilib", - nazirliyin açıqlamasında deyilir.
Ümumilikdə, son bir gündə Rusiya hərbçiləri artilleriya və aviasiyanın dəstəyi ilə 134 rayonda Ukrayna ordusunun canlı qüvvə və texnikasına zərbə endiriblər. Bu günlərdə Kiyevin ümumi itkiləri 530-a çatıb.
Son zamanlar Donetsk istiqamətində Ukrayna ordusu hər gün yüzlərlə əsgərini itirir, bəzən itkilər gündə 490-a çatır. Münaqişə zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) böyük itkiləri ordunun keyfiyyətinin ümumi azalmasına səbəb olub və bəzi Qərb ekspertlərini Kiyevin 2023-cü ilin yazında planlaşdırılan əks-hücum əməliyyatını həyata keçirmə ehtimalına şübhə etməyə məcbur edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
https://www.kp.ru/online/news/5219684/