RUSİYA

RF Dövlət Dumasında Rusiyada "Twitter"in blokdan çıxarılması təklif edilib

"Twitter" neytrallığa köklənərsə, Rusiya tərəfi onunla dialoqu bərpa edə və milli qanunvericilik çərçivəsində işləyə bilər.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Rusiyanın Dövlət Dumasında "Twitter"dən bloklamanın aradan qaldırılması imkanlarına baxmaq təklif edilib.
Təklif Dumanın İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin tərəfindən edilib.
Qorelkinin fikrincə, Rusiya tərəfi bu addımı ona görə ata bilər ki, mikrobloqlar şəbəkəsi yenidən axtarışda Rusiya departamentlərinin və səfirliklərinin hesablarını verməyə başlayıb.
"O ki qaldı dövlət qurumlarından məhdudiyyətlərin götürülməsinə, onların bir çoxu hesablarını yenidən açmağa tələsmir, xüsusən də "Twitter" Rusiyada rəsmi olaraq bloklandığı səbəbindən. Amma düşünürəm ki, yeni rəhbərliyin yeni siyasətini nəzərə alaraq bu tədbirə yenidən baxmağın vaxtı çatıb", - deyə o, özünün "Telegram" səhifəsində yazıb.
Deputatın qeyd etdiyi kimi, "Twitter" neytrallığa köklənərsə, Rusiya tərəfi onunla dialoqu bərpa edə və milli qanunvericilik çərçivəsində işləyə bilər.
Bundan əvvəl xəbər verilmişdi ki, "Twitter" axtarışda yenidən Rusiya dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin, Rusiya səfirliklərinin və Kremlin akkauntlarını dərc etməyə başlayıb.