RUSİYA

Putin Qırğızıstan prezidenti ilə nəyi müzakirə edib?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Rusiya və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarov ilə Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bu barədə Kremldən məlumat verilib.
Putin və Sadırov "Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığın bəzi məsələlərinə" toxunublar.
Tərəflər müttəfiqlik münasibətlərinin möhkəmlənməsi üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər və şəxsi əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Bu yaxınlarda məlum olub ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Rusiya və Mərkəzi Asiya ölkələrinin - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.