BAKI, 10 aprel — Sputnik. Naxçıvan Muxtar Respublikası (MR) səhiyyə nazirinin müavinləri işdən azad olunub. Sputnik Azərbaycan aprelin 10-da imzalanan sərəncamlarla Samrat Nurəddin qızı Gəncəyeva və Zeynəb Natiq qızı Mənsumova Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsindən azad ediliblər.
Bu barədə sərəncamları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.
Qeyd edək ki, bir neçə gün öncə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin sədri vəzifəsindən azad olunub. Komitə sədri Vaqif Rəsulun yerinə bu vəzifəyə Hüseyn Bağırov təyinat alıb.
Bundan əvvəl isə Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi işdən azad edilmişdi.