DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva ən çox milyarderlər yaşayan şəhərlərdəndir - Forbes açıqladı

Rusiya paytaxtındakı milyarderlərinin ümumi kapitalı 307 milyard dollar qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 92 milyard dollar çoxdur.
Sputnik
BAKI, 10 aprel - Sputnik. Moskva ən çox sayda milyarderlərin yaşadığı ilk 10 şəhər arasında altıncı yeri tutub. Bu barədə “Forbes” nəşri məlumat yayıb.
Şəhərdə 61 milyarderin yaşadığı bildirilir ki, bu da 2022-ci ildəkindən 8 nəfər çoxdur. Moskva milyarderlərinin ümumi kapitalı 307 milyard dollar qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 92 milyard dollar çoxdur.
Bu göstəriciyə görə, Rusiya paytaxtı dünyanın meqapolisləri sıralamasında üçüncü yerdədir. Rusiya paytaxtı milyarderlərin kapitalının təxminən 617 milyard dollar olduğu Nyu-Yorkdan və ən varlı sakinlərinin sərvətinin 409 milyard dollar dəyərində qiymətləndirildiyi Parisdən bir qədər geri qalır.
Siyahıya Nyu-York 101 milyarder sakinlə liderlik edir, sokrakı yerlərdə Honkonq(70), Pekin(68), Şanxay(65), London(65) gəlir.
Dollar
Nəşr qeyd edir ki, Ukraynada davam edən xüsusi hərbi əməliyyata və Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına baxmayaraq, Moskvadan olan milyarderlərin demək olar ki, üçdə ikisi sərvətlərini artırıb, iki moskvalı milyarderin isə sərvəti dəyişməyib, ikisinin isə sərvəti azalıb.
Rusiya paytaxtının ən zəngin milyarderi “İnterros”un rəhbəri Vladimir Potanin olub. Onun sərvətini Forbes 23,7 milyard dollar dəyərində qiymətləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.