BAKI, 10 aprel — Sputnik. Minskə xarici təcavüz olacağı halda respublikanın müdafiəsi üçün Moskvadan zəmanət lazımdır. Bu məsələ bu yaxınlarda Vladimir Putinlə görüşdə müzakirə olunub.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
Lukaşenko ilə Şoyqu arasında görüş aprelin 10-da Minskdə keçirilir. Əsas mövzulardan biri də İttifaq dövlətində təhlükəsizliyin təmin edilməsi olub.
"Ümumiyyətlə bu danışıqlar bu cür olub: Belarusa xarici təcavüz olacağı təqdirdə Rusiya Federasiyası Belarusu öz ərazisi kimi müdafiə etsin. Məhz bu cür təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var", - deyə Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, Vladimir Putin bu məsələdə onu dəstəkləyib. Rusiya lideri Minskin lazımi təhlükəsizliyini təmin etmək məqsədilə hansı sənədin qəbul edilməsinin lazım olduğunu anlamaq üçün ölkələr arasında bütün müqavilə və sazişlərə yenidən nəzərdən keçirilməsini təklif edib.
Öz növbəsində Sergey Şoyqu qeyd edib ki, o, Rusiya hərbçilərinin Belarusda gələcək mövcudluğunu, Rusiya və Belarus Silahlı Qüvvələri arasında əməkdaşlığın mümkün genişləndirilməsini müzakirə edəcək.
Xatırladaq ki, Lukaşenko ilə Putin arasında danışıqlar aprelin 5-də baş tutub.