BAKI, 10 aprel — Sputnik. Kür Qıraqkəsəmən müşahidə məntəqəsinin bu günə olan məlumatına əsasən, çayda suyun səviyyəsi 336 sm-dir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, dünənki müşahidə ilə müqayisədə 25 sm artım var.
Xatırladaq ki, mart ayında Kürdə suyun səviyyəsində kəskin enmə müşahidə olunurdu. Kürdə suyun səviyyəsinin 60 santimetr aşağı düşdüyü bildirilirdi.
Məlumat üçün onu da bildirək ki, Kürdə suyun azalması Kürətrafı kəndlərdə ciddi su qıtlığı ilə nəticələnmişdi. Kürün suyunun azalması səbəbindən sakinlər həm içməli su, həmçinin də əkin sahələrinə suyun verilməsində ciddi problemlə üzləşiblər.