RUSİYA

Kreml jurnalistlərlə yeni əlaqə formatına keçməyə hazırlaşır

Yeni sistem həm stasionar, həm mobil telefonlardan, həm də kompüterdən qoşulmanı nəzərdə tutur.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Gələcəkdə jurnalistlər üçün gündəlik brifinqlər videobağlantı vasitəsilə keçirilə bilər. Bu, yeni sistemə keçid sayəsində mümkün olub.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz yeni sistemə keçdik... Bu, videokonfransdır, yəni hipotetik olaraq sizinlə video vasitəsilə də əlaqə saxlamaq imkanımız var. Ümid edirik ki, gələcəkdə sizinlə bunu edəcəyik. Bəlkə də hər dəfə yox, amma lazım gələrsə" – deyə Peskov bildirib.
O əlavə edib ki, yeni sistem həm stasionar, həm mobil telefonlardan, həm də kompüterdən qoşulmanı nəzərdə tutur.
"Bu, çox rahat olmalıdır", - deyə Peskov sözünü yekunlaşdırıb.