PAYTAXT XƏBƏRLƏRİ

Bu gecə daha bir yolda hərəkət məhdudlaşdırılacaq

Qurumdan bildirilib ki, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.
Sputnik
BAKI, 10 aprel — Sputnik. Bu gecə saat 02:00-dan 04:00-a qədər Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması yolun həmin hissəsində yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır.