SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda Qazaxıstan telekanalları və animasiya filmləri yayımlanacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.
Sputnik
BAKI, 10 aprel - Sputnik. “Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın - Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər”.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.
“Ona görə də danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, - o bildirib.
K.Tokayev, həmçinin vurğulayıb ki, bu gün həm də beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”, - Kasım-Jomart Tokayev söyləyib.