RUSİYA

XİN rəhbərlərinin görüşü təxirə salındı - Yefimov açıqladı

Səfirin sözlərinə görə, bu formatda müsbət nəticələrin əldə olunması üçün əlaqələr və məsləhətləşmələr davam edir.
Sputnik
BAKI, 9 aprel - Sputnik. İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü may ayına qədər təxirə salınıb. Bu barədə Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.
Yefimovun sözlərinə görə, bu formatda müsbət nəticələrin əldə olunması üçün əlaqələr və məsləhətləşmələr davam edir.
O bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına danışıqların bir raundu ilə nail olmaq mümkün deyil.
Qeyd edək ki, iclas sabah, aprelin 10-da baş tutmalı idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.